"Utanmırsan necə danışa bilirsən?" -

Fransa prezidenti Emmanuel Makron Hollandiyaya səfər edib.

Metbuat.az xəbər verir ki, bu son 23 ildə Fransadan Hollandiyaya prezident səviyyəsində ilk rəsmi səfər olub. Bildirilir ki, Makron Hollandiyada gözlənilməz reaksiya ilə üzləşib. “Nexus” institutunda Avropada yaşıl sənaye ilə bağlı çıxış edən Makronun çıxışı nümayişçilər tərəfindən bölünüb. Salonda “Şiddət və riyakarlığın prezidenti” yazılan pankart açan nümayişçilər, “İqlim razılaşmasına əməl edilmir”, “Fransada milyonlarla insan küçələrdədir. Necə danışa bilərsən?" deyə şüarlar səsləndiriblər.

Makron isə "Fransada demokratiya var, nümayişlər keçirilə bilər" deyə cavab verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR