Rusiya Qazaxıstandakı hədəfi dəqiq vurdu

Rusiya ölkənin cənubundakı Həştərxan bölgəsindəki Kapustin Yar poliqonundan qitələrarası ballistik raket atıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib. Bildirilir ki, raketin sınağı uğurla həyata keçirilib. Məlumata görə, testin məqsədi qabaqcıl qitələrarası ballistik raket avadanlığının sınaqdan keçirilməsi idi. Sınaq atışının həyata keçirildiyi raketin adı ilə bağlı məlumat verilməyib. Raketin Qazaxıstanın Sarı-Şaqan poliqonunda hədəfi vurduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR