Bakıda sevgi ilə başlayan hekayə hotel otağında ölümlə bitdi -

Bakıda sevgi ilə başlayan hekayə qətllə bitib.

Belə ki, gül mağazasında çalışan Yasəmən (ad şərtidir), iş yoldaşının qardaşı Gümrah (ad şərtidir) ilə tanış olur.

Onlar bir müddətdən sonra sevgili olur, vaxt aşırı görüşürlər. Yasəməni özünə aşiq edən Gümrah onu hotellərin birinə çağırır və daha sonra onlar hoteldə gecələyirlər.

Bir müddətdən sonra Gümrah Yasəmənlə evlənmək üçün onun şəxsiyyət vəsiqəsini götürür.

Daha sonra isə o, Yasəmənlə evlənməkdən daşınır və onunla dost qalmaq istədiyini bildirir.

Onların son görüşü zamanı Gümrah Yasəmənə yenidən hotelə getməyi təklif edir. Onun bu təklifini qəbul edən Yasəmən hotelə gedərkən özü ilə bıçaq götürür.

Hoteldə mübahisə edən zaman Yasəmən Gümraha 32 bıçaq zərbəsi vuraraq onu qətlə yetirir.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR