"Kılıçdaroğluya "Togg" bağışlayarsınız?" sualına Ərdoğandan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəqibi, "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi Kemal Kılıçdaroğluna "Togg" maşını hədiyyə vermək barədə sual ünvanlanıb.

Metbuat.az Takvim-ə istinadən xəbər verir ki, Ərdoğan jurnalistin sualı belə cavab verib: "O, gəlib mənim "Togg" fabrikimi gəzə bilmədi. Dedim ki, nazir Varankla getsin. Zavodun yerini bilmir, istehsala inanmır. Deyir kimə satacaqsan? İnsanlar növbədə dayanıb. Bildiyiniz kimi, Əliyev də Anadolu qırmızısını seçib. Pulu var, versin, maşını alsın".

Qeyd edək ki, Türkiyədə 14 mayda prezident və parlament seçkiləri keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR