Boş olan avtobusda qadının yanında oturmaq istədi -

Tiktokda paylaşılan video müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, avtobusda çəkilən görüntülərdə kişi sərnişinin birbaşa gəlib qadın sərnişin yanında əyləşməyə cəhd edib. Maraqlıdır ki, həmin vaxt avtobus tamamilə boş olub. Kişi sərnişin boş yerlərdən birində əyləşmək əvəzinə birbaşa qadın sərnişin yanında əyləşməsi onun etirazına səbəb olub. Qadın səs-küy salaraq kişinin digər yerə əyləşməsini istəyib. Məsələyə sürücü müdaxilə edərək, kişi sərnişini avtobusda düşürüb. Qeyd edək ki, görüntülər qısa müddətə 7 milyon dəfə izlənilib. Görüntülərin hansı ölkədə lentə alındığı məlum deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR