Turan aparıcıları tənqid etdi:

Aparıcı Turan İbrahimov televiziyadakı həmkarlarını tənqid edib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, aparıcılar Türkiyə türkcəsində olan sözlərdən çox istifadə edirlər:

"Televiziyalarımızdakı gözəl həmkarlar! Əksəriyyətiniz!Türkiyə seriallarına, verlişlərinə baxa- baxa o qədər alüdə olmusunuz ki, özünüz olmağı unudub arada qalmısınız. Maneralarınız, üslubunuz, danışıq tərziniz bəzi məqamlarda hətta parodiyaya belə oxşayır. Hələ söz ehtiyatı azlığından fikirinizi ifadə etməkdə çətinlik çəkəndə, məlum serilallardakı qəlibləşmiş cümlələri Türkiyə türkcəsində işlədib, sonra da “türklər demişkən” deyib, guya vəziyyətdən çıxmanız lap ət tökücüdür. Kitabı keçdim, heç olmasa arada saytlardan bir- iki xəbər, yazı oxuyun deyəcəm, di gəl ki, oralarda da vəziyyət bəzən sizdəki kimidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR