Gizli sənədləri sızdıran şəxs hərbi baza əməkdaşıdır

“Washington Post” qəzeti ABŞ-ın Müdafiə Nazirliyindən gizli hərbi sənədlərin sızdırılmasının arxasındakı şəxsin hərbi baza əməkdaşı olduğunu iddia edib.

Metbuat.az xəbər verir ki, qəzet sözügedən şəxsin sənədləri paylaşdığı və üzvü olduğu sosial media platformasındakı qrupu müəyyən edib. Ardınca qəzet qrupun üzvlərindən biri ilə əlaqə qurub. Qrupun adı açıqlanmayan üzvünün ifadələrinə əsaslanaraq sənədləri sızdıran şəxsin qrupda “OG” təxəllüsündən istifadə etdiyi irəli sürülüb. Lakin sənədləri sızdıran şəxsin kimliyi hələlik məlum deyil. Sənədlərin sızdırıldığı sosial şəbəkənin serverinin “OG” tərəfindən idarə edildiyi bildirilir.

Qeyd edək ki, sızdırılan sənədlər bir çox aktual mövzuları, xüsusilə Ukraynadakı müharibə ilə bağlı gizli məlumatları əhatə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR