Əməkdar artist aktrisaların dodaq şişirtmələrinə lağ etdi -

"Bəziləri gözləmirlər. Onları pisləmirəm. Cırıq şalvarlılar, saqqalı başqa cür olanlar istəmir bunu. Onlar xaricə üz tuturlar".

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elxan Qasımov "Səhər mərkəzi" verilişində deyib. Aktyor rejissoru olduğu "Biz qayıdacağıq" filmindən danışıb. O bildirib ki, ekran işinin davamını çəkmək arzusundadır, amma bir çoxları bunu istəmir.

"İndi çəkilsə, adı "Biz qayıtmışıq" olacaq" deyə, E.Qasımov əlavə edib.

Aktyor daha sonra dublyajda çalışan aktrisaları lağa qoyub. O bildirib ki, dodaqlarını yekəltdikləri üçün danışmaqda çətinlik çəkirlər:

"İndi tərcümə etmək olmur. Bütün aktrisalarımız dodaqlarını qabağa verib danışırlar. Ona görə də səsləndirmə olmur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR