Dövlət Komitəsi 3 nömrəli Uşaq Evi ilə bağlı məlumat yaydı

Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 3 nömrəli Uşaq Evinin fəaliyyəti ilə bağlı monitorinq keçirilib.

Metbuat.az xəbər verir ki, sosial şəbəkə və kütləvi informasiya vasitələrindəhəmin Uşaq Evinin fəaliyyəti ilə bağlı yayılmış video-məlumata əsasən “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 6.4-cü bəndinə müvafiq olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlər qrupu ilə birgə 12 aprel 2023-cü il tarixində qeyd olunan müəssisədə növbədənkənar monitorinq keçirib.

Monitorinq zamanı müəssisədə uşaq hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılmış, ümumi qiymətləndirmə aparılmış, müşahidə edilən məqamlar ekspertlər qrupunun rəyi əsasında aktlaşdırılıb. Məlumat aidiyyəti quruma təqdim ediləcəkdir.

Monitorinq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tapşırığına müvafiq olaraq təşkil edilmişdir.

Qeyd edək ki, 3 nömrəli Uşaq Evinin direktoru Məhbubə Hüseynova bu gün tutduğu vəzifədən azad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR