ABŞ konqresi SEPAH-ı terror təşkilatı kimi tanımağa çağırdı

ABŞ konqresi Avropa İttifaqını (Aİ) İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, parlamentarilər Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borelə bu barədə məktub göndəriblər. Məktubda İranın terrorizmin əsas sponsoru olduğu bildirilib. Deputatlar həmçinin SEPAH-ın onilliklər ərzində Aİ ölkələrində vətəndaşlara qarşı sərbəst və açıq planlar qurduğunu qeyd ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR