Şirinləşdirilmiş dəniz suyu:

Azərbaycanda dəniz suyundan içməli su kimi istifadə olunacaq.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, su məsələləri üzrə ekspert Rövşən Abbasov deyib ki, Xəzər dənizinin suyunda duzluluq okeanlara nisbətən 3 dəfə azdır.

Buna görə də ölkəmizdə dəniz suyunun şirinləşdirilməsi daha az xərc tələb edəcək.

Mütəxəssis bildirib ki, dəniz suyunu şirinləşdirməklə Abşeron, Qaradağ, Pirallahı, Zirə və Salyan rayonu ərazilərində içməli suya olan təlabatı qarşılamaq olar. Rövşən Abbasov içməli dəniz suyunun təxmini qiymətini də açıqlayıb.

Onun sözlərinə görə, suyun 1 kub metrinin qiyməti 2-3 manat arasında dəyişə bilər.

Mütəxəssis xatırladıb ki, Bakıda ötən əsrin əvvəllərində neft mədənlərində çalışan işçilərin suya tələbatını ödəmək üçün müxtəlif üsullarla şirinləşdirilmiş dəniz suyundan istifadə olunub.

Daha ətraflı süjetdə:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR