ABŞ-ın Kaliforniya ştatının keçmiş valisi Arnold Şvartsenegger davranışı ilə gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, o, Los-Anceles şəhərində sürücüləri narahat edən çüxuru doldurub. Aktyor bununla bağlı sosial media hesabında paylaşım edib. Aktyor qeyd edib ki, o komandası ilə birgə sakinləri və sürücüləri narahat edən çüxuru bağlayıb. Aktyorun davranışı minlərlə sosial media istifadəçisi tərəfindən təqdir edilib.