Meyxanaçı Elşən Binəqədi "bomj" həyatı yaşayır -

Məşhur "Lotular" mahnısının ifaçısı Elşən Binəqədi küçədə yaşayır.

Bu barədə Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişində məlumat verilib.

17 il həbsdə olan meyxanaçı artıq üç ildir ki, küçədə qalır: "Burada qalıram, evim-eşiyim buradır".

Elşən Binəqədinin sözlərinə görə, içki düşkünü olandan sonra həyatı dəyişməyə başlayıb. İndi isə plastik qablar, dəmir yığıb satmaqla çörəkpulu qazanır. 3 ildir ailəsinin dağıldığını bildirən Elşən, bir qız övladı olduğunu qeyd edib. Meyxanaçı həyat yoldaşından ayrıldığı vaxtdan etibarən küçələrdə qaldığını sözlərinə əlavə edib.

Bu da onun son durumunu əks etdirən görüntülər:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR