BVF rəhbəri qlobal artımdan danışdı:

"Qlobal iqtisadiyyat çoxsaylı şoklara qarşı olduqca dayanıqlı olduğunu sübut etsə də, lakin zəif artım və inflyasiyanı hələ də aradan qaldırmayıb".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva edib. O qeyd edib ki, BVF-nin 2023-cü il üçün qlobal artımın 2,8 faiz olacağı proqnozu dünyada biznes imkanlarını inkişaf etdirmək istəyən insanlar üçün uzunmüddətli narahatlıq gətirməklə bərabər zəif artım proqnozu da vəd edir.

Georgieva hesab edir ki, COVID-19 pandemiyası, yüksək inflyasiya və Ukraynadakı müharibədən sonra siyasətçilərin yaxın perspektivdə iki əsas vəzifəsi var – davamlı inflyasiya ilə mübarizə və maliyyə sabitliyini qorumaq.

BVF-nin baş iqtisadçısı Pierre-Olivier Gourinchas "Reuters" agentliyinə bildirib ki, siyasətçilər maliyyə sabitliyi ilə bağlı narahatlıqlar səbəbindən inflyasiya ilə mübarizəni dayandırmamalıdırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR