Həmyaşıdını qətlə yetirən 18 yaşlı oğlanın məhkəməsi başlayır

Naxçıvanda tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Metbuat.az-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.

Belə ki, xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbə sakini 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin cari il yanvarın 6-da öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaqla 2005-ci il təvəllüdlü Rəhman Süleymanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirməklə tanışı Tuncay Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəhman Süleymanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR