Valideyn olmaq istəyənlərin nəzərinə:

“Ailəni planlaşdırarkən cütlüklərin qan qrupu uyğunluğu testlərindən keçmələri vacibdir”.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, immunoloq Reyhan Tağızadə nazirliyin rəsmi saytına müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

- Reyhan xanım, öncə bilmək istərdik ki, hansı hallarda qanköçürmə tələb olunur?

- Qanköçürmə (hemotransfuziya) donordan və ya xəstənin özündən alınan qan və ya onun komponentlərinin xəstəyə köçürüldüyü bir prosesdir. Qanköçürmə tələb olunan şəxslərə aiddir: onkoloji xəstələr, qan xəstəlikləri olan şəxslər (leykoz, anemiya, bəzi irsi xəstəliklər), orqan transplantasiyası, cərrahi müdaxilələrə, qan damarlarında və ürəkdə əməliyyatlara ehtiyacı olan xəstələr, bədbəxt hadisə nəticəsində zərər çəkmiş, xəsarət almış və ya ağır yanıqlar, qəzada çox qan itirən şəxslər.

Qanköçürmədən əvvəl mütləq resipiyentin qan qrupunu və rezus (Rh) faktorunu təyin etmək lazımdır. Şəxsiyyət vəsiqəsində qan qrupu haqqında məlumatlar olsa belə, transfuziyadan əvvəl onu yenidən yoxlamaq lazımdır (birincisi, qan qrupunun əvvəlki təyinatında mümkün səhvi aradan qaldırmaq, ikincisi, qan qrupu antigenlərinin aşkar olunmadığı xəstəliklər var).

Çoxlu qanköçürmə alan xəstələrdə (xərçəng xəstələri, talassemiyalı xəstələr) donor və resipiyentin qanının fərdi uyğunluğu yoxlanılmalıdır. Fərdi uyğunluq testi resipiyentdə donorun eritrositlərinə qarşı yönəlmiş anticisimlərin olmadığına əmin olmağa və beləliklə, xəstənin qanı ilə uyğun olmayan eritrositlərin köçürülməsinin qarşısını almağa imkan verir.

Bundan əlavə, donor qanının dörd infeksiya üçün yoxlanılması mütləqdir: bunlar hepatit B və C, sifilis və HIV-dir.

- Qan uyğunsuzluğu doğulacaq körpəyə hansı problemlər yarada bilər?

- Hamiləlik hər bir qadının həyatındakı ən gözəl dövrlərdən biridir. Bu, həyəcanlı gözləmə, xoş çətinliklər və dölün sağlamlığı ilə bağlı narahatlıqlar dövrüdür. Təyin edilmiş tədqiqatların siyahısına hər iki tərəfin qan qrupunu və Rh mənsubiyyətini təyin etmək üçün analiz daxildir. Əgər əvvəllər həkimlər, əsasən, ana və uşaq arasında rezus konfliktinə səbəb ola biləcək Rh faktoru ilə maraqlanırdılarsa, indi onların vəzifələrindən biri qan qruplarında immunoloji konflikt risklərini minimuma endirməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR