"Domino oynayanlar ən faydalı adamlardır" -

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam ilə Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

Metbuat.az xəbər verir ki, Məcnun Məmmədov 8 ay bundan öncə "AGA Group"un "10-a kimi" layihəsi çərçivəsində sualları cavablandırıb.

O qeyd edib ki, işini çox sevir, nəinki vəzifəsini: "Kənd təsərrüfatı işlərində yaratdığın dəyərini görürsən. Əkdiyin məhsulunu dəyərini 5-7 il sonra görürsən".

Məmmədov "özünüzü 5 il sonra harada görürsünüz?" sualına cavab verib: "Bu sualı heç vaxt kiməsə veməmişəm. Ən çox insanlara "boş vaxtlarınızda nə edirsiniz?" sualını verirəm. İşdən sonra domino oynayanlar ən faydalı adamlardır".

Qeyd edək ki, M.Məmmədov 1983-cü ildə Bakıda anadan olub. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə Pakistanın Lahor Universitetində Biznesin idarə edilməsi üzrə magistr təhsili alıb, 2017-ci ildə ABŞ-da aqrobiznes üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olub. Bu vəzifəyə təyin edilənədək M.Məmmədov bir sıra şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. O, əsasən Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin direktoru, son olaraq isə “Agro Food Investment” MMC-nin direktoru vəzifəsini icra edib. Bundan başqa Məcnun Məmmədov daha əvvəl “PMD Group”, “Modern Group”, “AER” MMC, “Deloitte & Touche Ltd.” “ABN AMRO Bank Kazakhstan” kimi şirkətlərdə də çalışıb.

Daha ətraflı bu müsahibədə:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR