Rusiyanın müxalifət siyasətçisi Aleksey Navalni həbsxanada müəmmalı xəstəlikdən əziyyət çəkir.
Metbuat.az xəbər verir ki, bu barədə onun sözçüsü Kira Yarmiş "Twitter" hesabında yazıb. Bildirilir ki, Navalnı iki həftə ərzində 8 kq çəki itirib.
Həbsxana həkimlərinin keçmişdə ona naməlum dərmanlar vuraraq müalicə etdiklərini söylənilir.
"O, tibbi yardım xidməti görmədən, kəskin ağrı vəziyyətində cəza kamerasında saxlanılır. Aleksey Navalnı yavaş-yavaş zəhərlənir, yavaş-yavaş öldürülür ki, bu, daha az diqqəti cəlb etsin", - Yarmiş Twitter-də yazıb.
Navalnının potensial zəhərlənməsi ilə bağlı suala Kreml cavab olaraq bildirib ki, onun səhhətinin vəziyyəti izlənilmir, bu, federal penitensiar xidmətin səlahiyyətində olan məsələdir.