Rusiyanın xarici borcu rekord miqdarda azaldı -

Rusiyanın xarici borcu ilin birinci rübündə 5,5 faiz azalaraq 357 milyard 900 milyon dollar olub. Beləliklə, Rusiyanın xarici borcu son 16 ilin ən aşağı səviyyəsinə düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Bankı məlumat verib. Bildirilir ki, sonuncu dəfə belə aşağı göstərici 2007-ci ildə qeydə alınıb. Həmin vaxt xarici borc 335 milyard 600 milyon dollar təşkil etmişdi. Diqqətə çatdırılıb ki, birbaşa investisiyalar və kreditlər hesabına xarici borcların azalmasında mühüm amillərdir. Rusiya Mərkəzi Bankı və digər Rusiya banklarının xarici borcları isə ilin birinci rübündə 93,4 milyard dollardan 92,5 milyard dollara enib.

Mərkəzi Bank Rusiyanın beynəlxalq ehtiyatlarının 600,8 milyard dollara çatdığını elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR