Oğlu barəsində DNT testi etdirən ata 11 illik hadisənin üstünü açdı -

Sosial mediada paylaşılan görüntülər müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, ailə başçısı həyat yoldaşından şübhələnərək, oğlu üçün DNT testi etdirib. Testlərdən sonra o, oğlu bildiyi 11 yaşlı oğlanın öz doğma övladı olmadığını dəqiqləşdirib. Ailə başçısı bu barədə arvadına sual verib. Kişi həmin anları lentə alaraq sosial mediada paylaşıb. Kişi həyat yoldaşına DNT testi etdirdiyini və uşağın əsl atası olmadığını öyrəndiyini bildirib.

Qadın əvvəlcə inkar etsə də, testi görəndən sonra o, “Niyə bu qədər ciddiyə alırsan? Fərqi yoxdur” deyərək ərini sakitləşdirməyə çalışıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR