İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti

İstirahət günlərində (aprelin 15-16-da) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Samur–Yalama milli parkı

Hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 15-də axşam, 16-da arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10 °isti, gündüz 15-18° isti olacaq.

Altıağac milli parkı

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 15-də gecəyə doğru, 16-da arabir şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-17° isti olacaq.

Ağgöl milli parkı

Hava şəraitinin mülayim, əsasan yağmursuz keçəcəyi gözlənilir. Səhər duman olacaq.

Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 20-23° isti olacaq.

Qızılağac milli parkı

Hava şəraitinin əsasən yağmursuz, mülayim keçəcəyi gözlənilir. Lakin 16-da gündüz qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 19-21° isti olacaq.

Göygöl milli parkı

Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-da gündüz arabir yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti , gündüz 11-14° isti olacaq.

Şirvan milli parkı

Hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 22-24° isti olacaq.

Hirkan milli parkı

Hava şəraitinin əsasən yağmursuz, mülayim keçəcəyi gözlənilir. Lakin 16-da gündüz qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 19-21° isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR