Naxçıvanda yeni təyinat

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinə rəis təyin olunub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polkovnik Elmar Tağıyev təyinat alıb. O, bundan əvvəl SHXÇDX-nin Katibliyinin rəisi olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı fərmanla Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv edilib və SHXÇDX-nin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılıb.

Xatırladaq ki, dövlət başçısının 11 fevral 2019- cu ildə imzaladığı sərəncamla E.Tağıyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR