Zülfiyyə Xanbabayeva rəfiqəsi ilə duet oxuyacaq - video

Zülfiyyə Xanbabayeva rəfiqəsi ilə duet oxuyacaq -  video
14:26 19 Yanvar 2015
222 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Zülfiyyə Xanbabayeva həmkarı Brilliant Dadaşova ilə duet oxuyacaq.

Axşam.az-ın məlumatına görə, “Onlar” verilişinə açıqlama verən Z.Xanbabayeva yaddaqalan bir iş ərsəyə gətirəcəklərini deyib:

“İnsan dostluq edəndə, bir-birinə ərki çatanda işini sabaha saxlayır. Əgər bu dueti mənə başqası demiş olsaydı, çoxdan təqdim edərdim. Deyərdim, məsuliyyət var, yaxşı deyil, onu tez yerinə yetirmək lazımdır. Hər dəfə duet oxumuruq. Elə etməliyik ki, yaddaqalan bir şey olsun. 2015-ci ildə bunu mütləq təqdim edəcəyik”.

B.Dadaşova duet oxuyacaqları mahnının adını açıqlayıb:

“Unutulur” bizim tələbəlik illərimizin mahnısıdır. Mən pianoda ifa edirdim, Zülfiyyə oxuyurdu. O vaxtdan istəyirdik onu birlikdə səsləndirək. Sonra Zülfiyyə ana oldu, vaxtı qalmadı, işimiz alınmadı. Mahnını Nadiq Qafarzadə də oxuyub. Yaxşı da alınıb. Amma yenə də biz onu oxuyacağıq, çünki bizə yadigardır”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25290

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR