"Azərbaycan millisi İrəvanda məskunlaşdığı oteldən buraxılmır" -

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Ermənistanın paytaxtı İrəvanda məskunlaşdığı oteldən buraxılmır.

Metbuat.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fəriq Qayıbov paylaşıb edib.

Nazir bildirib ki, ağır atletika üzrə Avropa çempionatı üçün İrəvana yollanan Azərbaycan nümayəndələrinin hazırda mətbuata çıxışı yoxdur:

"İrəvanda baş tutan ağır atletika üzrə 2023-cü il Avropa çempionatının açılış mərasimi zamanı vəhşilik aktı baş verib, Azərbaycan bayrağı yandırlıb. Bu, dərindən qəbuledilməzdir və Ermənistanın belə tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir. İrəvan idmançılarımızın təhlükəsizliyinə zəmanət verə bilmədiyi üçün Azərbaycan nümayəndə heyəti yarışmayacaq və vətənə qayıdacağı gözlənilir. Ermənistan idmançılarımızın təhlükəsiz qayıdışını təmin etməlidir, amma indi onlar mediaya çıxışı olmayan oteldə qalıblar. Beynəlxalq ictimaiyyəti və beynəlxalq idman müəssisələrini bu barbarlığı qətiyyətlə qınamağa çağırırıq. Avropa Ağır Atletika Federasiyasını da Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. İnanırıq ki, bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirə bilmədiyini və idmançıların təhlükəsizliyini təmin edə bilmədiyini göstərir".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR