“Biz qalib idmançılar kimi Vətənə qayıtdıq” -

“Biz yarışa çıxmasaq da qalib dövlətin qalib idmançıları kimi Vətənə qayıtdıq”.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu sözləri azərbaycanlı ağır atlet İsa Rüstəmov deyib.

Onun sözlərinə görə, ermənilər bütün dünyaya rüsvay oldular.

“Onlar bizdən qorxdular. Biz bu yarışa tam gücümüzlə hazırlaşmışdıq. Öz himnimizi orada səsləndirmək istəyirdik. Ermənilər bizdən qorxduqlarına görə, belə bir hərəkət etdilər”, - deyə idmançı bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR