Ən çox əhalisi olan ölkənin adı AÇIQLANDI -

Artıq əhalisinin sayına görə dünyanın ən böyük ölkəsi Çin deyil.

Metbuat.az BMT-nin məlumatına istinadən xəbər verir ki, Hindistan bu göstərici üzrə lider ölkədir. son 12 il ərzində Hindistan əhalisinin sayı 210 milyon nəfər artıb və hər ay 1 milyon uşaq dünyaya gəlib. Bu artım Braziliya əhalisinin sayı qədərdir. Doğum tempinin bu sürətlə davam edəcəyi təqdirdə, 2064-cü ildə Hindistan əhalisinin sayının 1,7 milyarda çatacağı proqnozlaşdırılır.

Hindistanda əhali artımı ucuz işçi qüvvəsi axtaran nəhəng qlobal kompaniyaların bu ölkəyə yönəlməsinə səbəb olub. “Wall Street Journal” nəşrinin yaxdığına görə, artıq “Apple” və “Foxconn” kimi şirkətlər Çində istehsalı azaldır və Hindistanda yeni zavodlar açır. Bunun bir səbəbi də, Çində əhalinin yaşlanması prosesidir. Belə ki, son 20 ildə bu ölkədə 65 yaşdan yuxarı əhalinin sayı 87 faiz artıb, işçi qüvvəsi isə azalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR