“Qarabağ” “Sabah”la qarşılaşacaq

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tura yekun vurulacaq.

"Qafqazinfo" xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə "Şamaxı" "Sumqayıt"ı qəbul edəcək. Oyun saat 16:00-da start götürəcək.

Turun mərkəzi oyununda isə lider "Qarabağ" 2-ci yerdəki "Sabah"ın qonağı olacaq. Bu matç isə saat 19:00-da başlayacaq.

16 aprel (bazar)

16:00. "Şamaxı" - "Sumqayıt"
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Şamaxı şəhər stadionu

19:00. "Sabah" - "Qarabağ"
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
"Bank Respublika Arena".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR