Putin yeni qanun imzaladı:

Ukrayna ilə mübarizəni davam etdirən Rusiyada elektron mesajla hərbi çağırış haqqında qanun prezident Vladimir Putin tərəfindən imzalanaraq qüvvəyə minib.

Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, Rusiyada 18-50 yaş arası kişilər “elektron hökumət”ə bənzər sistem vasitəsilə hər an “Siz hərbi xidmətə çağırılırsınız” mesajı ala bilərlər.

Təxminən 35 milyon Rusiya vətəndaşını əhatə edən yeni hərbi qanuna əməl etməyənlər ölkədən çıxış başda olmaqla bir sıra hüquqlardan məhrum olacaqlar.

Belə ki, çağırış vərəqəsinin göndərildiyi gündən başlayaraq 7 gün ərzində hərbi xidmətə yollanmayan şəxslərin Rusiyanı tərk etmələri qadağan ediləcək. Onların yeni işə başlaması, daşınmaz əmlak alqı-satqısı, banklardan kredit götürməsi və avtomobil idarə etməsi də yasaqlanacaq.

Yeni qanun Rusiyada ötən il elan edilmiş qismən səfərbərliyin nəticələri ilə bağlıdır. Səfərbərliyin həyata keçirilməsində böyük fasilələr yarandı, çünki köhnə qaydaya görə hərbi bölmələr hər kəsə şəxsən yazılı çağırış göndərməli idi. Çağırış vərəqəsini almadıqlarını deyən on minlərlə gənc ölkədən qaçmağa müvəffəq oldu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR