Rəşad Dağlı hakim qarşısına çıxarılır -

Bu gün Meyxanaçı Rəşad Dağlının (Əmirov) törətdiyi cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib.

Metbuat.az xəbər verir ki, məhkəməyə Leyla Əsgərova-Məmmədova sədrlik edəcək.

10:20-də başlayacaq iclasda meyxanaçının məlumatları dəqiqləşdiriləcək, ilkin dinləmələr keçiriləcək.

Qeyd edək ki, Rəşad Dağlı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə ittiham edilir. Hadisə ötən ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib.

Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR