Polşa və Macarıstan yerli məhsulları qorumaq üçün Ukraynadan taxıl və digər qida məhsullarının idxalına qadağa qoyduğunu açıqlayıb.
Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra Ukraynadan gələn taxıl kimi qida məhsullarının böyük qismi logistika problemlərinə görə digər ölkələrə çatmadan Avropanın mərkəzində və şərqində yerləşən ölkələrdə ilişib qalırdı. Nəticədə bu ölkələrdəki yerli istehsalçılar problemlə üzləşirdilər.
Ukraynadan gələn məhsulların çoxu Avropa Birliyinə üzv olan ölkələrindəkindən ucuzdur. Avropa Komissiyası yazılı açıqlama yayaraq bildirdi ki, Aİ üzvlərinin tək tərəfli olaraq ticarətlə bağlı qərar qəbul etməsi qəbuledilməzdir.
Polşanın Texnologiya naziri V. Buda isə bu qadağanın ölkədən tranzit olaraq keçən məhsullara da tətbiq ediləcəyini açıqladı. O həmçinin bildirib ki, Ukrayna ilə məhsullarının yerli bazarda sıxışıb qalmaması üçün görüşmələr davam etdiriləcək. Açıqlamanın ardından Ukrayna tərəfi reaksiya verərək, bu qərarın ikili anlaşmalara zidd olduğunu bildirdi. Bu gün iki ölkə arasında görüşmələrin başlaması gözlənilir.
Polşanın hazırda iqtidarda olan milliyətçi Hüquq və Ədalət Partiyası (PiS) höküməti kəndlərdə yaşayan vətəndaşlar qiymətlərdən narazı olduğu üçün seçki ilində bu mövzuya xüsusi önəm verir.
Ümumiyyətlə, Polşa və Macarıstan Avropa Birliyi ilə söz azadlığı, LGTB hüquqları kimi mövzularda uzun zamandır anlaşılmazlıq yaşayır.