İrəvanda millimizin başına gələnlər:

Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvanda Azərbaycan bayrağı yandırılıb. Belə ki, ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı olub. Azərbaycan üçüncü ölkə elan edilib. Azərbaycan bayrağı zala gətirildikdən sonra azarkeşlərdən biri səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb.

Bundan sonra isə komandamız yarışda iştirak etmədən geri qayıtdı.

Metbuat.az xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev Publika.az-a müsahibəsində baş verənlərdən danışıb.

O qeyd edib ki, hoteldə onlara qulluq edən ofisiantlar, mühafizə xidmətinin hamısı ermənilər olub. Onlarla hansısa münasibət olmayıb: "Öz işlərini görürdülər. Oteldən kənardan isə heç kimlə təmasımız olmayıb. Təmasımız olsaydı, deyə bilmərəm ki, bizə nəsə eləyərdilər-eləməzdilər. Məncə, eləyərdilər. Çünki bu bayraq qalmaqalından sonra başa düşdük ki, heç kimə güvənmək olmaz. Mühafizədə və digər xidmətlərdə olan şəxslər mülayim olmağa məcbur idilər".

Onun sözlərinə görə, belə bir hadisənin baş verəcəyini gözləmirdilər: "Biz düşündük ki, təhlküsəzlik baxımından iştirak etməyək. Ağlımıza belə gəlməzdi ki, kimsə orada bayraq yandırar. Çünki bu nonsensdir. Bunun olma şansı milyonda bir faizdir. Heç yerdə olmamışdı, olma ehtimalı da ağlımıza gəlmirdi. Amma hər cür variantı fikiləşdik. Ki, təxribat ola bilər. Ona görə açılışa getməyi ehtiyac görmədik. Görünən odur ki, getməməklə düz etmişdik. Çünki biz bayrağın yandırılmasını yerində görsəydik, təbii olaraq müdaxilə edə bilərdik. Ara qarışa, daha böyük hadisələr ola bilərdi. Çünki bayrağa qarşı təhqiri qəbul etməyəcəkdik. Hətta biz uzaqdan, internetdən videonu görəndə belə reaksiya verməyə başladıq. Biz bir məsələyə güvənirdik ki, açılış mərasimində bizə təhlükəsizlik zəmanəti vermiş şəxs, hökümətin rəhbəri kimi insanlar var. Onların olduğu yerdə belə hadisənin baş verəcəyi heç kimin ağlına gəlməzdi. Amma bu, oldu".

Federasiya rəsmisi həmçinin girovluqla bağlı xəbərlərə də münasibət bildirib: "Bizi otelə qapatmışdılar. Bu məsələ baş verəndə ölkədən çıxmağa çalışdıq. Biletimiz alınmışdı. Xəbər elədik ki, biletimiz alınıb, biz ölkədən çıxırıq. Birinci dedilər ki, problem yoxdur, çıxardarıq. Sonra nə oldusa, başladılar ki, yox, təhlükəsiz deyil, səhərə kimi qalın. Sonra gəlib dilə tutmağa çalışdılar ki, getməyin, bir nəfər bunu eləyib, biz belə olmasını istəmirdik. Dedilər ki, narahat olmayın, bundan sonra təhlükəsizlik təmin olunacaq. Bu, nağıllar idi. Əgər baş nazirin oturduğu yerdə, 5 addımlığında belə hadisə baş verirsə, bayraq yandırılırsa, növbəti gündə idmançımıza da zərbə vurula bilər. Hər şey ola bilər. Ona görə də inanmadıq. Sonra biz məcburən otelə qayıtdıq. Çünki bizi aparmadılar. Biletlər də yandı. Bəli, üzr istəyirdilər. Amma rəsmi şəkildə deyildi. Sadəcə şəxslərin ağzından çıxırdı. O üzürxahlıq belə heç nəyi dəyişməyəcəkdi."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR