İran polisindən yeni qadağa:

İran polisi qadınların hicab taxmağı tələb edən geyim qaydalarına əməl etməməsinə görə 150-dən çox müəssisəni bağlayıb.

Metbuat.az xəbər verir ki, daha bir qadağa isə nəqliyyat vasitəsində istifadə edən qadınların hicab taxması ilə bağlıdır. Polis xəbərdarlıq edib ki, sərnişin geyim qaydalarını pozarsa, avtomobil sahiblərinə SMS göndəriləcək, qayda pozuntusunun təkrarlanması halında sahibi avtomobilini itirmək riski ilə üzləşəcək.

Qeyd edək ki, hazırda İran polisi hicab taxmayanları müşahidə kameraları və üz tanıma texnologiyası kimi "ağıllı" avadanlıqlardan istifadə edilməklə müəyyən etməyə çalışır. Məlumat üçün bildirdək ki, aprelin 15-də İran hakimiyyəti hicab taxmamağa çağırışlara görə cinayət məsuliyyətinin tətbiq edən qaydaları elan edib .


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR