Dairəvi yolda yük maşını aşdı -

Bakı dairəvi yolunda yük maşını aşıb, xəsarət alan var.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.

Belə ki, bu gün saat 10:50 radələrində Bakı kənar dairəvi yolunun 7-ci kilometrliyində Nəsir Qasımovun idarə etdiyi "Mercedes" markalı, 90-OA-693 dövlət qeydiyyat nişanlı yük avtomobili paytaxt istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Xəsarət alan sürücüsü xəstəxanaya yerləşdirilib, hadisə yerinə cəlb olunan DYP əməkdaşları tərəfindən yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR