Moskvada Rusiya və Çin arasında vacib toplantı

Rusiya prezidenti Vladimir Putin və Çinin müdafiə naziri Li Şanfu arasında Moskvada görüş olub.

Metbuat.az xəbər verir ki, bu barədə Kreml açıqlama verib. Bildirilir ki, tərəflər hərbi sahədə əməkdaşlığı müzakirə ediblər. Məlumata görə, Putin Rusiya və Çin arasında hərbi sahədə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

“Biz hərbi birliklərimiz vasitəsilə səmərəli işləyirik, müntəzəm olaraq faydalı məlumatlar mübadiləsi aparırıq, hərbi-texniki sahələrdə əməkdaşlıq edirik və birgə təlimlər keçiririk”, - deyə Putin bildirib.

Sözügedən təlimlərin Uzaq Şərq və Avropada quru, dəniz və hava qüvvələrinin iştirakı ilə keçirildiyinə diqqət çəkən Putin, “Şübhəsiz ki, bu, yüksək səviyyəyə əsaslanan əlaqələrimizin strateji xarakterini gücləndirən digər mühüm sahədir” deyə bildirib.

Görüş zamanı Li iki ölkə arasında hərbi sahədə əməkdaşlığın artmaqda davam etdiyini bildirib.

"Rusiya və Çin arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq son zamanlar çox yaxşı inkişaf edir. Bu, qlobal və regional təhlükəsizliyə böyük töhfə verir", - Çinin müdafiə naziri bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR