"Bunu yozmayaq" -

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamı ilə, Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Metbuat.az Manşet.az-a istinadən xəbər verir ki, general-polkovnik Arzu Rəhimov vəzifəsindən azad edilməsinə münasibət bildirib:

“Cənab Prezident məni işdən azad edibsə, deməli belə lazımdır. Prezidentin hər bir əmrini, sərəncamını icra etmək borcumuzdur. Mən xahiş edirəm, gəlin bunu heç nəyə yozmayaq. Mən jurnalistlərlə dost olmuşam. Mətbuat nümayəndələrindən də xahiş edirəm ki, elə dost da qalaq”.

Jurnalistin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində rüşvət halları aşkar edilə bilərmi sualına sabiq xidmət rəisi qısa cavab verib:

“Qardaşım, biz hüquqi dövlətdə yaşayırıq. Kim ki, qanunvericiliyimizi pozursa, qanun qarşısında cavabdehdir, məsuliyyət daşıyır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR