Azərbaycanlı qızın davranışı maraqla qarşılandı -

Türkiyədə lentə alınan sosial çarx maraqla qarşılanıb.

Metbuat.az xəbər verir ki, sosial media fenomeni insanlara yaxınlaşaraq, ətrafdakıların ona kömək edib-etməyəcəyini sınayıb. O, qıza yaxınlaşaraq, ondan kömək istəyib. Gənc söhbət əsnasında qızın azərbaycanlı olduğunu öyrənib. Gizli çəkilişdən xəbərsiz olan Günel adlı xanım oğlana kömək edib. Sosial media fenomeni xanımın telefonundan istifadərək ailəsinə zəng etdiyi barədə təəssürat yaradıb. O telefon söhbəti zamanı guya pula ehtiyacı olduğunu bildirib.

Bunu eşidən azərbaycalı xanım isə gəncə kömək təklif edib. Ardınca türkiyəli gənc bunun sosial çəkiliş olduğunu ifadə edərək, azərbaycanlı qızın davranışlarını təqdir edib. Gənc azərbaycanlı xanıma bahalı telefon və pul hədiyyə edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR