Özünəməxsus toxunuşları ilə tanınan kosmetoloq Sevda Hacıyeva mükafata layiq görüldü

Estetikanın ən mühüm təsnifatı kimi gözəllik hər zaman müzakirə mövzusu olub. Dahi Dostoyevski deyir: “Bəşəriyyət çox şey olmadan yaşaya bilər. Yalnız gözəlliksiz yaşaya bilməz. Bütün sirr bundadır!”

Müasir dövrdə insan gözəlliyinin memarları isə estetik həkimlərdir. Hazırda kosmetologiya ən çox peşəkarlara ehtiyac duyulan sahələrdən biridir. Çünki o, eyni zamanda həm estetikanı, həm də insan həyatını özündə etiva edir. Bu sahədə öz işinin peşəkarı olan Sevda Hacıyeva beynəlxalq təcrübəli həkim kosmetoloqdur.

O, İngiltərənin paytaxtı Londonda peşəsi üzrə təhsil alıb və üz kotur plastikası üzrə ixtisaslaşıb. Uşaqlıqdan həkim olmaq arzusu və estetikaya olan marağı onu öz peşəsinin vurğununa çevirib. Nəzərə alsaq ki, kosmetologiyada əl qabiliyyəti, incəlik əsas faktordur, bu baxımdan Sevda Hacıyeva öz işini rəssam dəqiqliyi ilə həyata keçirir. Hər bir xanım cazibədar və baxımlı olmaq istəyir. Peşəkar kosmtoloq özəlliyi və təbiliyi qoruyub saxlamaqla, hər bir xanıma individual yanaşır. Bununla yanaşı o dəri problemləri, akne və saç müalicəsi ilə insanları komplekslərindən azad edərək onlara özgüvən hissini geri qaytarıb.

Yerli və xarici treninqlər və masterclassların iştirakçısı olan Sevda Hacıyeva beynəlxalq təcrübəni öz fəaliyyətində uğurla tətbiq edir.

Uğurlu fəaliyyətinə görə dəfələrlə mükafatlandırılan Sevda Hacıyeva son olaraq 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Cosmetologist of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR