BSTI: Hovsandaki mektebin direktoru Qardasxan Selimov vezifesinin icrasindan kenarlasdirilib

14:27 19 Yanvar 2015
586 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 14:22 ]

Baki. Konul Kamilqizi - APA. Baki Seheri uzre Tehsil Idaresi 118 nomreli tam orta mekteble bagli bas veren hadise barede aciqlama yayib.

Idarenin metbuat xidmetinden APA-ya verilen xebere gore, hazirda idarenin emekdaslari sozugeden mektebdedir. Mesele tam arasdirilana qeder mektebin direktoru Qardasxan Selimov vezifesinin icrasindan kenarlasdirilib. Mektebin idare olunmasi Baki Seheri uzre Tehsil Idaresinin emekdasina hevale olunub.

 

Qeyd edek ki, mesele bilavasite Tehsil Nazirliyi rehberliyinin  nezareti altindadir.

 

118 nomreli tam orta mektebin etrafinda bas veren hadise zamani dunyasini deyisen Elmar Eliyevin olumunun sebebi muvafiq huquq-muhafize orqanlari terefinden arasdirilir ve bununla bagli elave melumat verilecek.

 

Idare dunyasini deyisen Elmar Eliyevin ailesine bassagligi verib.

 

Qeyd edek ki, 118 sayli Hovsan kend orta mektebinin direktorunun hereketi valideynlerin naraziligina sebeb olub.

 

Bu gun seher mektebin etrafina toplasan kend sakinleri mektebin direktorunun mektebde tehsil sistemini duzgun idare etmediyini, vaxtinda derse gelmediyini, sagirdlerle tehqir formasinda danisdigini bildiribler.

 

Kend camaatinin sozune gore, mektebin tarix muellimi uzun muddet derse gelmeyib. Yanvarin 16-da mektebin IX sinif sagirdi direktordan muellimin derse gelmemesinin sebebini sorusub ve onun basqa muellimle evez olunmasini isteyib. Mekteb direktorunun sagirde cavabi ise bele olub: “Senin atan evden gedende yerinde evezedici qoyur?”

 

Kend camaatinin naraziligina da mehz direktorun bu sozleri sebeb olub. Bu gun saat 09:00-da 50-60-a yaxin kend sakini mektebin qarsisina yigisaraq direktora etiraz edib.

 

Eraziye Suraxani Rayon Polis Idaresinin emekdaslari gelib.

 

Aksiya zamani 22 yasli Eliyev Elmar Recebeli oglu qicolmadan dunyasini deyisib. Hazirda onun olum sebebleri arasdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR