Türkiyəli atlet İrəvanda verdiyi vədi xatırlayaraq ağladı -

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qazandığı qızıl medalları Azərbaycana həsr edən türkiyəli atlet Cansu Bektaş İTV-nin efirində təəssüratlarını bölüşərkən kövrəlib.

Metbuat.az xəbər verir ki, həmkarı və dostu Azərbaycan idmançısı Nazilə İsmayılovaya verdiyi vədi xatırlayaraq ağlayıb.

“Açılış mərasimində Azərbaycana qarşı edilən təxriibatı eşitdik və təbii ki, çox məyus olduq. Daha sonra Azərbaycan millisinin yarışları tərk edəcəyini öyrəndik. Komandanı yola salarkən həm dostum, həm də rəqibim Naziləyə söz verdim və sözümü yerinə yetirdim”, - deyə Bektaş göz yaşlarına hakim ola bilməyib.

O, vədinə sadiq qaldığı üçün xoşbəxt olduğunu və bunun içindən gəldiyini qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR