Hindistanda faciə: Çox sayda ölü və yaralı var -

Hindistanın Maharaştra əyalətində keçirilən təntənəli mükafatlandırma mərasimi fəlakətə səbəb olub.

Metbuat.az xəbər verir ki, mərasim zamanı 30-64 yaş arasında 9-u qadın olmaqla 13 nəfər günvurma nəticəsində dünyasını dəyişib, xəstəxanaya yerləşdirilən 8 nəfərin müalicəsi davam etdirilir. Məlumata görə, açıq havada keçirilən mükafatlandırma mərasimi zamanı havanın temperaturu 38 dərəcə olub. 20 nəfər huşunu itirib. Onlardan 8-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Hindistanın Meteorologiya Departamentinin məlumatına görə, ölkənin bir çox şəhərində havanın temperaturu 40 dərəcə olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR