Bərdədə təhsil müəssisələrindən birində çəkilən görüntülər sosial şəbəkədə maraqla qarşılanıb.
Metbuat.az xəbər verir ki, rayonun S. Behbudov adına 6 nömrəli məktəbin direktoru Elşad Məmmədov vəzifəsindən ayrılaraq Qaradəmirçi kənd tam orta məktəbinə direktor təyin edilib.
Direktor məktəbdən çıxan zaman isə şagirdlər və məktəb kollektivi onu alqışlarla yola salıb.