​Qazaxıstanda müstəqillik elan edən qruplaşma üzvləri həbs edildi

Qazaxıstanın şimalında, Rusiya sərhədinə yaxın Petropavl şəhərində müstəqillik elan edən “Fəhlə Xalq Şurası”nın 3 üzvü separatçılıq ittihamı ilə saxlanılıb.

Metbuat.az xəbər verir ki, Şimali Qazaxıstan əyalətinin Dövlət Prokurorluğundan verilən açıqlamada sosial mediada “İşçi Xalq Şurası”nın yaradılması ilə bağlı görüntülərdən sonra başladılan istintaq çərçivəsində Petropavlda 3 nəfərin nəzarətə alındığı qeyd edilib. İstintaq zamanı müəyyən edilib ki, 2023-cü il martın 19-da özünü Sovet İttifaqının varisləri kimi təqdim edən 20 nəfərdən ibarət “Fəhlə xalq şurası” qrupunun üzvləri iclas keçirib. İclasda “şura üzvləri” Qazaxıstanın legitimliyini tanımadıqlarını və müstəqilliyini rədd etdiklərini bildirən bəyannamə qəbul etdikləri bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR