Aylardır şiddətli döyüşlərin getdiyi kiçik şəhər: Baxmut nə üçün önəmlidir?

Baxmut Ukraynanın şərq hissəsində yerləşən kiçik bir sənaye şəhəridir. Burada aylardır Rusiya və Ukrayna qüvvələri arasında şiddətli döyüşlər davam edir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Baxmur şəhər meri Oleksandr Marçenko açıqlayıb ki, hazırda şəhərdə sadəcə bir neçə min sakin qalıb. Bu insanlar yeraltındakı sığınacaqlarda, qaz və sul təminatı olmadan yaşayırlar:

“Şəhər yerlə bir olub. Bir dənə də bina yoxdur kİ, döyüşlərdən zərər görməsin” – deyə, Marçenko qeyd edib.

Bəs bu kiçik sənaye şəhəri müharibə tərəfləri üçün niyə bu qədər əhəmiyyətlidir? Yerlə bir olmuş şəhər ətrafında niyə hələ də sərt döyüşlər davam etdirilir?

Hərbi analitiklərin fikrincə, Baxmut şəhərinin strateji əhəmiyyəti çox azdır. Bura bir qarnizon şəhəri deyil, nəqliyyat yollarının kəsişdiyi nöqtədə yerləşmir və nüfuzu da azdır. Müharibədən əvvəl Baxmutda sadəcə 70 min insan yaşayırdı. Şəhər daha çox düz və gips, eyni zamanda şərab istehsal edən sexləri ilə məşhur idi. Eyni zamanda, şəhərin coğrafi əhəmiyyəti də azdır.

Şəhərin ruslar üçün əhəmiyyəti

Rusiya Baxmutu ələ keçirmək üçün yüksək miqdarda hərbi qaynaqlarını səfərbər edib. Qərb mütəxəssislərinə görə, Baxmutda bu günə qədər 20-30 min civari rus əsgəri ölüb və yaralanıb.

Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin sədri S.Kuzan Baxmutdakı döyüşlərlə bağlı deyir ki, ruslar burada hərbi yox, siyasi bir missiya üçün döyüşürlər, siyasi hədəflərinə çata bilmək üçün minlərlə insanın həyatını fəda etməyə davam edəcəklər.

Eyni zamanda, Kremlin simvolik bir qalibiyyətə ehtiyacı var. Rusiyanın son zəfərinin üzərindən xeyli vaxt keçib. Onlar son dəfə ötən ilin yayında Severodonetsk və Lisiçansk şəhərlərini nəzarət altına almışdılar. Bu səbəbdən, Rusiya daxili auditoriyaya təsir göstərmək və ordudakı əhvalı yüksək tutmaq naminə zəfər qazanmalıdır.

Həmçinin İngiltərə Müdafiə Nazirliyindən ötən ilin dekabr ayında edilən açıqlamada qeyd edilmişdi ki, Baxmutun ələ keçirilməsi ilə Rusiya Kramatorsk və Sloviansk kimi daha böyük ərazilərə çatmış olacaq.

Bəs Ukrayna tərəfi üçün Baxmut niyə əhəmiyyətlidir?

Ukrayna üçün Baxmutda ilk strateji məqsəd Rusiya ordusunun zəiflədilməsidir. NATO mənbələri yazır ki, baxmutda hər bir ukraynalı hərbçi qarşılığında 5 rus əsgəri öldürülür. Ukrayna Təhlükəsizlik Şurası sədri Aleksey Danilova görə isə bu rəqəm 1/7 nisbətindədir.

Həmçinin, Ukrayna Baxmutu müdafiə etməklə, başqa istiqamətlərdə mövqe tutmalı olan rus hərçilərini də Baxmutda saxlamış olur.

Burada Ukraynanında Rusiya kimi siyasi məqsədləri var. Belə ki, Ukrayna prezidenti Vladimir Zelenski Baxmutu vətən müdafiəsinin simvolu hesab edir. Ötən ilin dekabrında ABŞ-a səfər edərkən, Zelenski Baxmutu “müdafiə ruhunun qalası” kimi ifadə etmişdi.

Bəs Baxmut ələ keçirilərsə, nə olar?

Rusların Baxmutu ələ keçirməsi ordudak əhvalın yüksəlməsinə və çoxdandır arzu edilən zəfərin qazanılmasına səbəb olacaq. Ukrayna isə siyasi və simvolik itki yaşamış olacaqlar.

Bəzi hərbi ekspertlərin fikrincə, Baxmutun uşğalı elə də böyük təsirə səbəb olmayacaq. ABŞ Müdafiə Naziri Lloyd Austin açıqlamasında bildirib ki, şəhərin işğalı rusların müharibənin istiqamətini dəyişdirməsi anlamına gəlməyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR