Azərbaycan kuboku: “Qəbələ” “Səbail”i qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinə start veriləcək.

Metbuat.az xəbər verir ki, ilk matçda “Qəbələ” komandası “Səbail”i qəbul edəcək.

Qəbələ şəhər stadionunda oynanılacaq matçı Elçin Məsiyev idarə edəcək. Oyunun start fiti saat 18:00-da səsləndiriləcək.

Komandalar arasında cavab görüşü aprelin 27-də baş tutacaq.

Qeyd edək ki, aprelin 19-da gerçəkləşəcək digər yarımfinal qarşılaşmasında “Neftçi” klubu “Turan Tovuz”un qonağı olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR