Qapıların yerini səhv salan gənc güllələndi

ABŞ-ın Kanzas-Siti şəhərində səhvən başqa qapının zəngini basan 16 yaşlı qaradərili yeniyetmə ev sahibi tərəfindən güllələnib.

Metbuat.az xəbər verir ki, dostunun evindən qardaşını götürməyə gedən Ralf Yarl bilmədən başqa qapının zəngini basıb. Ardınca ev yiyəsi ona atəş açıb. Kanzas polis rəsmiləri yaralı olaraq xəstəxanaya aparılan Yarlın hələ də həyati təhlükəsinin olduğunu açıqlayıb. Polis rəsmiləri ev yiyəsinin Yarla niyə atəş açdığı ilə bağlı araşdırmaların davam etdiyini bildirib.Yarlın vurulmasına etiraz edən yüzlərlə insan şübhəlinin mühakimə olunmasını tələb edib.

Kanzas şəhərinin meri Quinton Lucas da hadisənin nifrət cinayəti ola biləcəyi ilə bağlı narahatlıqları başa düşdüklərini deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR