​Özbəkistanın nüfuzlu siması Asal Şodieva “Reputation Awards 2023”də təltif olundu

Qadın həyat əsəridir, qadın incidir, qadın xanımdır. Güc zərafət kimi iki keyfiyyəti özündə təcəssüm etdirmək isə fərqdir. Türk toplumlarının öz varlığı ilə fərq yaradan qadınlara ehtiyacı var. Çünki qadın var oluşun təməlidir.

Türk dünyasının güclü qadınları silsiləsində onun da adı var - Asal Şodieva. O, Özbəkistanın tanınmış aktirisa və nüfuzlu incəsənət xadimidir.

Asal Şodieva 1992-ci ildə Daşkənd şəhərində dünyaya göz açıb. Peşəkar səhnəyə 14 yaşında qədəm qoyan aktrisa karyerasına müğənni kimi başlayıb. 2009-cu ildə çəkildiyi "Cənab heç kim" filmi onun peşəkar səhnəyə vizit kartı olub.

Uşaqlıqdan incəsənətə marağı olan aktrisa indiyə qədər 28-dən çox film, çoxsaylı serial və kliplərdə yer alıb. Həyat yoldaşı ilə səhnədə tanış olan istetdadlı aktrisa ideal ailəyə sahibdir. Asal Şodieva eyni zamanda işgüzar xanımdır. O, dəbli və zərafətli geyinməyi sevən xanımlar üçün “Miel” brendini qurucusudur.

Tanınmış özbək aktisa Asal Şodieva 17-18 Mart 2023-cu ildə Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Celebrity Actress of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR