​Özbəkistanlı peşəkar plastik cərrah Nilufər İnoyatova Bakıda təltif olundu

Müasir dövrün populyar və tələbatlı peşəsi olan plastik cərrahiyyə xarici görünüşün dəyişdirilməsi məqsədilə həyata keçirilir. İnsan həyatına yön verən bütün sahələr məsuliyyət tələb edir. Ona görə də plastik cərrah yüksək kvalifikasiyalı mütəxəssis olmalıdır.

Nilufer İnoyatova Özbəkistanın bu sahədə 10 ildən artıq təcrübəyə malik yüksəkixtisaslı kadrlarındandır.

Əsasən mürəkkəb bədənşəkilləndirmə əməliyyatlarını həyata keçirən peşəkar mütəxəss bu illər ərzində 500-dən çox uğurlu əməliyyata imza atıb. Nilufər İnoyatova Daşkəndin məşhur "Renessans" plastik cərrahiyyə klinikasının qurucusu və baş direktorudur.

İki il öncə qurulan klinikada plastik cərrahlar tərəfindən bütün növ plastik, estetik və rekonstruktiv cərrahi əməliyyatlar uğurla icra olunur. Peşəkar həkim, klinikanın bazasında Özbəkistanın ilk qadın plastik cərrahlar komandasını yaradıb. Pasiyentlərin istəkləri nəzərə alınaraq rinoplastika, mamoplastika, abdominoplastika, blefaroplastika kimi tələbatlı əməliyyatlar bu komanda tərəfindən yüksək səviyyədə icra olunur.

"Medikal Turizm indeksi" beynəlxalq müsabiqəsində ötən ilin ən uğurlu mütəxəssisi seçilən Nilufər İnoyatova son olaraq 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan "Reputation Awards 2023" mükafatlandırma mərasimində "The Professional Surgeon of the Year" nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR