​İspaniya çempionatı dayandırıla bilər

İspaniya La Liqası və Sequnda oyunlarını idarə edən hakimlər çempionatları boykot edə bilərlər.

Metbuat.az xəbər verir ki, ədalət təmsilçiləri bu gün keçiriləcək iclasda qarşıdakı oyunlara çıxmamağı müzakirə edəcəklər. Buna səbəb referilərin son zamanlar çox tənqid olunmaları və təzyiqlərə məruz qalmalarıdır. Üstəlik bir neçə gün əvvəl aşağı liqa oyunlarına təyinat alan hakim Antonio Pozo hücuma məruz qalıb.

Referilər buna etiraz edərək La Liqa daxil olmaqla ölkədə bütün futbol çempionatlarını boykot etməyi düşünürlər. Əgər bu baş versə, çempionatlar yarımçıq dayandırıla bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR