Sumqayıtda mağaza yanıb

Sumqayıtda mağaza yanıb.

Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 150 m² olan dəmir konstruksiyalardan ibarət talvar tipli mağazanın içərisində 130 m² sahəyə yığılan plastik və taxta taralar yanıb.

    Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR