​Gənc model Robiya Nabiyeva Bakıda baş tutan mükafatlandırma gecəsində təltif olundu

Hər ötən gün informasiya daha çox dünyanı idarə edən güc halına gəlir. Bu durumda gənclər texnologiya, media və sosial şəbəkələrin imkanlarından şəxsi inkişaf və gələcəkreputasiyası üçün səmərəli istifadə etməlidirlər.

Robiya Nabieva Amerikada yaşayan və bu imkanlardan uğurla faydalanan gənc və istedadlı blogerdir.

Aktiv həyat tərzi və hazırladığı dadlı yeməklərlə o sosial şəbəkələrdə adından söz etdirməyi bacarıb.

Eyni zamanda modelliklə məşğul olan gənc xanım “Jacob & Co”, “Berta, Dildora Kasimova”, “Saadi Atelier”, “MoelBosh” kimi məşhur brendlərin siması olub. Onun şəkilləri Özbəkistanın məşhur “Cafb Central Asian Fashion Blog march 21” və “Visit Uzbekistan” jurnallarının üz qabığında dərc olunub.

Gələcəyin potensiallı modelli Özbəkistanda keçirilən moda həftəsində 2022-ci ilin siması seçilərək, “Top Face 2022” nominasiyasına layiq görülüb. Ancaq bu da son deyil.

Belə ki, gənc model Robiya Nabiyeva 17-18 Mart 2023-cü il tarixlərində Bakıda, Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Talented Top Model of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR